Yarpaqlar, budaqlar, köklər, gövdələr
Yarpaqlar yalvarır sərt küləklərə: “Qoparma budaqdan, qoparma məni, Didəcək yol-yoxuş, udacaq dərə, Aparma uzağa, aparma məni”.
Budaqlar yalvarır öz gövdəsinə: “Qurutma, qurutma, qurutma məni”. Köklər ağız açıb deyir torpağa: “Unutma, unutma, unutma məni”.
2005, 28 mart