Əsas məzmuna keç

Heca şeiri

Yarpaq

Zəlimxan Yaqub

1

Ətri də, rəngi də cana can verər, Şamama tağında gözəl görünər. Havalı qəlbimə həyəcan verər, Yarpaq budağında gözəl görünər.

İstilik alsa da dodaqdan, əldən, Nə səndə, nə məndə səadət tapar. Axar sevincindən göz yaşı dən-dən, Çiçəklər çəməndə səadət tapar.

Gözümə sarılıq gətirməzmi qəm, Yolun ortasına yarpaq düşübdü. Ürəyim titrəyir, elə bilirəm, Könül dəftərimdən varaq düşübdü.

1975, 30 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.