Əsas məzmuna keç

Sərbəst şeir

Yarpaq

Zəlimxan Yaqub

2

Budaq üstə yamyaşıl bir dünyan vardı, Heyf sənə budağından düşən yarpaq. Baxmaq olmur, sapsarıdı yanaqların, Ayrılığın həsrətində bişən yarpaq.

Təbiətin payızına dözəmmirsən, Yaz xiffəti ürəyini deşən yarpaq. Qurda-quşa yem olmağın vaxtı çatıb, Sinəsini boz qanqallar deşən yarpaq.

Üşüyəndə isinməyə budağın yox, Günəş öpən, meh oxşayan dodağın yox. Güvəndiyin bir dağ vardı, o dağın yox, İndən belə susmaq olar peşən, yarpaq.

2007, 15 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.