Əsas məzmuna keç

Heca şeiri

Yarış

Zəlimxan Yaqub

1

Yenə bu yollarda tozanaq qopub, Bilinmir atlı kim, piyada kimdi. Kim hansı mənzilə dikib gözünü, Dağda kim, daşda kim, qayada kimdi.

Çoxları yollarda tökülüb qalar, Azı bu yarışdan diri çıxacaq. Xələt götürməyə, nəmər almağa, Minlərin içindən biri çıxacaq.

İstər arxada qal, istər önə çıx, Ömür döyüşlərin, talanlarındı. Birinci gedənin sevinci bəlli, Müsibət arxada qalanlarındı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.