Əsas məzmuna keç

Heca şeiri

Yarı

Zəlimxan Yaqub

1

Yaxın gəl, qadanı yar alsın sənin, Nə qədər istəsən yarından yarı. Qara keşiş təki qaralsın qanı, Hər kəs ayrı salsa yarından yarı.

İnsanlıq eləyər, qanandı, sayar, Şirin can sadağa, qanandısa yar. Yaxşılıq qazanar, qanandısa yar, Kəsər tikəsini yarınnan yarı.

Aylar keçdi, illər gəldi, nə yaxşı, Nə Əslisən, nə Leylisən, nə Yaxşı. Yadın sənə nəyi yaxşı, nə yaxşı, İstə, istəyəndə yarından yarı1.

1972, 16 sentyabr · 1 yarı – köməyi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.