Əsas məzmuna keç

Qoşma

Yaratmaq sevinci

Zəlimxan Yaqub

1

Bu gecə ömrümün gülən çağıydı, Könül güldürmüşəm, can ağlatmışam. Arıtək qonmuşam pətəyin üstə, Süzmüşəm balımı, şan ağlatmışam.

Atıb tənbəlliyin köhnə dəbini, Haqq özü coşdurur şair təbini. Çatdıra bilmirdim mürəkkəbini, Dəftərə, qələmə qan ağlatmışam.

Boşuna ötmədi bir saat, bir an, Tale nöqtə qoydu söküləndə dan. Zəlimxan əl çəkdi öz xanlığından, Qurd ürəyi yeyib, xan ağlatmışam.

2000, 14 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.