Əsas məzmuna keç

Təcnis

Yarat, ərməni

Aşıq Ələsgər

1

Xudam onu, səni yoxdan yaradıb, Sən də bircə milçək yarat, ərmən! Bir qönçə bitəydim dostun bağında, Dilimlə deyəydim yara: dər məni!

Tutmuşam dəstində gözəl nizamı,* Firdovsi, Füzuli, gözəl Nizamı. Təqdiri-qüdrətin gözəl nizamı, Mənə dərdi verib, yara - dərməni.**

Halal qaşın bənzətmərəm dər yaya, Yazıq Ələsgər, dastan elə, dər yaya. İstəsə, kül eylər, qatar dəryaya, Yaratsa, təzədən yaradar məni.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.