Yaraşıq kimi
Odumun, suyumun yar-yaraşığı, Yasımın, toyumun yar-yaraşığı, İsti nəfəsimin, dolu qəlbimin, Ucalan boyumun yar-yaraşığı, Mənim yeddi arxa dönənlərimin, Əslimin, soyumun yar-yaraşığı, Getmə gözlərimdən, getmə uzağa, Çal mənim qəlbimi bir aşıq kimi, Qal mənim ömrümdə yaraşıq kimi.
2005, 23 dekabr