Əsas məzmuna keç

Gəraylı

Yaraşıq

Zəlimxan Yaqub

1

Yer də, göy də yaraşıqdı, Duman dağın yaraşığı. Mamır daşın, gül qayanın, Su bulağın yaraşığı.

Köksüz ağlar acı-acı, Ucalıqdı başın tacı. Gövdəsi saxlar ağacı, Kök budağın yaraşığı.

Bu dünya közdü, kömürdü, Yolları daşdı, dəmirdi. Kül – qurtarmış bir ömürdü, Köz ocağın yaraşığı.

Yerə aşiq, göyə aşiq, Oda aşiq, suya aşiq, Sən də, mən də yaranmışıq Bu torpağın yaraşığı.

2012 Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.