Əsas məzmuna keç

Qoşma

Yaranlar

Məxdumqulu Fəraqi

1

Eşq yolun həvəs edib, Gələn varmı, yaranlar? Dərdimi bəyan etsəm, Bilən varmı yaranlar?

Olmuşam məsti-şeyda, Həzar peşə, səd sevda, Aləmdə mən tək rüsva Olan varmı, yaranlar?

Dışım dərd, içim büryan, Edərəm nalə, giryan, Mənim tək məsti-heyran Qalan varmı, yaranlar?

Eşq tuş olsa bir mərdə, Toz olar, dönər gərdə, Mənim tək özün dərdə Salan varmı, yaranlar?

Vardı halım ölümə, Tab etməyən zülümə, Ağlamayın halıma, Gülən varmı, yaranlar?

Məxdumqulu can çəksə, Rəhm etməzlər, yaş töksə, Eşqin yolunda yoxsa Talan varmı, yaranlar?

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.