Əsas məzmuna keç

Qoşabeyt

Yaranıb

Zəlimxan Yaqub

2

Sükutu duy, səsi anla, demə daşlar lal yaranıb, Gör bir başı nələr çəkib, sərt qayalar sal yaranıb.

Hərəkəti olmayanın bərəkəti ola bilməz. Arı süzüb, ətir çəkib çiçəklərdən, bal yaranıb.

Üfüqlər var uçmaq üçün, ulduzlar var qucmaq üçün. Dərədə ilan sürünür, dağlara qartal yaranıb.

Yuvasına, yurduna bax, baramanın qurduna bax. Tut yarpağı sapa dönüb, atlaz olub, şal yaranıb.

Ulu tanrı, nə yaxşı ki, şairlərə ilham verib, Xəyallara qanad taxıb, qanadlı xəyal yaranıb.

2006, 10 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.