Yaradanın yaratdığı
Dünya geniş, yollar uzun, ömür qısa, Yol gedirik – bir gün toya, bir gün yasa. Arzulara, istəklərə yetmək üçün Bəs eyləmir dəmir çarıq, dəmir əsa.
Yorğun düşüb yerlə, göylə bir gəlmişik, Ağır ellər, uzaq yollar basa-basa. Bu sonsuzluq Yaradanın qüdrətidir, Yaradana, yəqin, Allah deməzdilər, Yer üzünü belə geniş yaratmasa.
2001, 12 iyun Vaşinqton