Əsas məzmuna keç

Təcnis

Yara yetirər

Aşıq Ələsgər

1

Elə qəfil atdın gözün müjganı, Demədinmi mənə yara yetirər?! Gözəl sevən qoyar yolunda canı, Ya ölər, ya əlin yara yetirər.

Bəsdi mənə namus, qeyrət, az arım, Baxtım qalxıb, çox şan çəkib az arım.

Üzün görsəm, qalmaz dərdim, azarım, Təbib qarşı gələr, yara yetirər.

Haqq nəzərin Ələsgərdən kəsmədi, Yar qəddinə yaraşanlar kəsmədi.* Mərdin qaydasıdı, basdı, kəsmədi, Namərd təpə-dırnaq yara yetirər.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.