Yar eylər
Ağlın olsa, yaxşılara həmdəm ol, Axmaq özün nadan ilə yar eylər. Haqq aşiqi nazlı yarın camalın Görmək üçün gecə-gündüz zar eylər.
Əgər sirrim olsa, deyərəm mərdə, Karvan yata bilməz qorxulu yerdə, Qoy tanrı salmasın çəkilməz dərdə, Namərdə dərd versə, çəkməz ar eylər.
Namərd öz öyündə mərdə söz atar, Haqq ona kar etməz, özünü dartar, Qoç igid mal tapsa, himməti artar, Namərd varlandıqca könlün dar eylər.
Məxdumqulu, indi özünü gözlə, Xeyir işin artır, yamanı düzlə, Ağlın olsa, mərəkədə az sözlə, Çox söz səni el içində xar eylər.