Yanğı üstə bəstələnən sətirlər
Yarıb çıxıb cövhərindən, canından, Dodağında istilənən sətirlər. Bir az oddu, bir az közdü, bir az qor, Yanğı üstə bəstələnən sətirlər.
Gödək ömrü qəlbin qəmi yandırır, Dərdin çoxu, bəxtin kəmi yandırır. Gah dəftəri, gah qələmi yandırır, Varaq-varaq dəstələnən sətirlər.
Keçib gedir baharımdan, qışımdan, Keçib gedir taleyimdən, yaşımdan. Duman kimi qalxır mənim başımdan, İçərimdə tüstülənən sətirlər.