Əsas məzmuna keç

Qoşma

Yandırır

Zəlimxan Yaqub

1

Dünyaya gələli mənim könlümü Bir kaman ağladır, bir saz yandırır. Ömür qışla yazın arasındadı, Bir qış donduranda, bir yaz yandırır.

Yaxına, uzağa meylimi saldım, Aranın, yaylağın seyrinə daldım. Mən bütün çaylardan sərinlik aldım, Qəlbimi tək bircə Araz yandırır.

Olsa da ürəyim yumuşaq, həlim, İstərəm hicrana bir gəliş gəlim. Vətəndən Vətənə çatmayır əlim, Ömrümü bir həsrət, bir naz yandırır.

1976, 21 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.