Əsas məzmuna keç

Qoşma

Yandırır

Aşıq Ələsgər

1

Arif olan insafından keçməsin, Mən fağırı eşq ataşı yandırır. Heç kimsəni eşq oduna düşməsin, Ahəni əridib, daşı yandırır.

Hər kəs görmək istər yarı pünhandan, Yüz il çəkər ahü zarı pünhandan. Atəşi ürəkdən, narı pünhandan, Kirpiyi od vurur, qaşı yandırır.

Bivəfa gözəli tez tapsın əcəl, Yüz il qalsa, ondan çıxmaz xeyr əməl, Ərə "get-get" deyər, oynaşa "gəl-gəl", Həm ərini, həm oynaşı yandırır.

Yalan yoxdu, bir az səndən kəsirəm, O səbəbdən məhlənizdə yesirəm, Firqətindən yarpaq kimi əsirəm, Rüxsarını eynim yaşı yandırır.

Vaxdın keçdi, xəttin çaldı, Ələsgər! Sərf edirsən nə kamaldı, Ələsgər?! Bir sirr gördü, heyran qaldı Ələsgər: Ayaq oda yanmır, başı yandırır.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.