Əsas məzmuna keç

Qoşma

Yandı

Zəlimxan Yaqub

2

Dünyanın dərdini çəkdi duyanlar, Belində zamanın şələsi yandı. Əridi, töküldü, əsdi, titrədi, Yananda hər zaman beləsi yandı.

Ağardı ahından dağların başı, Dindirdi naləsi torpağı, daşı, Axdı sinəsinə Əslinin yaşı, Qara gözlərinin giləsi yandı.

Zəlimxan, meydanı genişdir qəmin, Çalış azalmasın söhbətin, dəmin, Özü yad ellərdə yanan Kərəmin, Ərzurum dağında Lələsi yandı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.