Yaman at
Bu dünyada üç şey başa bəladı: Yaman oğul, yaman arvad, yaman at. İstəyirsən qurtarasan əlindən, Birini boşla, birni boşa, birni sat.
Ov keçdi bərədən, ata bilməzsən, Uçdu getdi əldən, tuta bilməzsən, Yerisən, yüyürsən çata bilməzsən, Görürsən ki, baxtın yatdı, sən də yat. Qılma Ələsgəri məhrumi-didar, Tərəhhüm et mənə bir busə, ey yar, İsmin üç hərflə eylərəm aşkar: Biri "gaf"dı, biri "lam"dı, biri "sat".