Yalan dünya
Gəlsən, səndən xəbər alam, Sən əzəldən yalan dünya. Tükənməz ömrümü yedin, Cana talan salan dünya.
Kimə görsətdin bəyanı, Qoymadın xeyri, ziyanı, Davud oğlu Süleymanın Taci-taxtın alan dünya.
Kimləri ata mindirüb, Kimlərə zərbaf geydirib, Kimlərə fərzənd sevdirib, Sonra yola salan dünya.
Neçələri üryan etdin, Qara bağrın büryan etdin, Didəsini giryan etdin, Böylə dərdə qoyan dünya.
Sənə gələn ağlar gedər, Sinəsini dağlar gedər, Sənə gələn durmaz, gedər, Kimdir səndə qalan dünya.
Məxdumqulu məna saçar, Hər kəs öz qismətin açar, Sənə gələn durmaz keçər, Kim var baqi qalan dünya.