Əsas məzmuna keç

Qoşma

Yağmur yağdır, sultanım

Məxdumqulu Fəraqi

1

Sənin tək qadirdən dilək dilərəm, Rəhm eyləyib yağmur yağdır, sultanım. Qəribəm, qəmginəm, nalış eylərəm, Rəhm eyləyib yağmur yağdır, sultanım.

Qadir Allah tökgil rəhmət varanı, Ikinin həmdəsti, yerin yaranı, Yerin, göyün, ərşın, kürşün sübhanı, Rəhm eyləyib yağmur yağdır, sultanım.

Bülbüllər məst olsun, aləm ayılsın, Qayğılar dəf olsun, qəmlər sovulsın. Novşirvan vaxtı tək cahan yayılsın, Rəhm eyləyib yağmur yağdır, sultanım.

Rəhmətin işığı ərşdən açılsın, Nurun enib, yer üzünə saçılsın, Qubar köçsün, aləm üzü açılsın, Rəhm eyləyib yağmur yağdır, sultanım.

Bəndə-biçarəyəm, nə vardır məndə, Rəhmsən, rəhmansan, kərəm-kan səndə, Kərəmin olmasa, qaldıq dərməndə, Rəhm eyləyib yağmur yağdır, sultanım.

Dərgahdan diləyər nalışlı qullar, Münacat eyləyib, açılar dillər, Yamanlıq yox olsun, yayılsın ellər, Rəhm eyləyib yağmur yağdır, sultanım.

Məxdumqulu, eşqin eylər irada, Eşqinı kamal et, qoyma arada, Yetirgil məqsədə, məhşər − murada, Rəhm eyləyib yağmur yağdır, sultanım.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.