Yağıdır-yağı
Dünya düşmən dürur, qafil adəmzad, Mal ilə övladı yağıdır-yağı. On səkkiz min derlər külli aləmi, Günahı, fəsadı yağıdır-yağı.
Qul-qarabaş, malın, atın-eşşəyin, At-yaraq, əsbabın, donun, quşağın, Sevgili xatının, oğlun-uşağın − Dünyanın hər zadı yağıdır-yağı.
Bəradərlər, başım qurban etsələr, Cömərdlər aç olub, gözdən itsələr, Malsız-halsız quru adı tutsalar, İgidin şol adı yağıdır-yağı.
Dünya bir saraydır, saz ilə söhbət, Sipahiyə − dəstgah, şahlara − şövkət, Şahlardan dolansa ərkana dövlət, Gələn varidatı yağıdır-yağı.
At qocalsa, qalar yemdən, qaçmaqdan, Böri dişdən qalar, qartal dırnaqdan, Baylar pis görünər quldan-qırnaqdan, Bəndisi, azadı yağıdır-yağı.
Qaragöz balalar, evin uşağı, Canına bəladır xəstəsi-sağı. İgidlik gülşəni açılan çağı, Dəysə xəzan badı, yağıdır-yağı.
Məxdumqulu, həqiqətdən süz sözün, Bu gözün görəni görməz ol gözün. Hər şeyin yığaraq, qoygil məcazın, Bir haqdan özgəsi yağıdır-yağı.