Yaddaşdan yaddaşa
Qələmlə dost olan ilk gündən bəri, Qələmin yaşına güvənmişəm mən. Bayatı qoruyan, dastan yaşadan, Elin yaddaşına güvənmişəm mən.
Yazın qayaların qırışlarına, Yazdırın, hər daşa köçürün məni. Kitabdan kitaba köçürmək azdı, Yaddaşdan yaddaşa köçürün məni.
2010, 27 iyun