Əsas məzmuna keç

Qoşma

Ya zülcəlalım

Məxdumqulu Fəraqi

1

Ya yaradan, qadir, qüdrətli cabbar, Ərmanda qoymagil, ya zülcəlalım. Nəfsimin rayında kərəmli qaffar, Fərmanda qoymagil, ya zülcəlalım.

Tənim dərdli qılma, özümü qəllac, Könlümü gen eylə, qoyma yalavac, Zalıma tuş etmə, namərdə möhtac, Qəm məndə qoymagil, ya zülcəlalım.

Saxlagil qayğıdan, qəmdən, möhnətdən, Xali qılma dünyalıqdan, dövlətdən, Namüd etmə şəfəqqətdən, rəhmətdən, Dərməndə qoymagil, ya zülcəlalım.

Ey ya qadir, səndən qüdrətli kim var, Kərəmin güclüdür, günahım bisyar, Bir zalim əlində edib giriftar, Heyranda qoymagil, ya zülcəlalım.

Fəraqi der, şər də olsa şanımda, Xeyrə döndər, ərman qoyma canımda, Əvvəl-axır, dost-düşmənin yanında Şərməndə qoymagil, ya zülcəlalım.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.