Əsas məzmuna keç

Qoşma

Ya rəsul

Məxdumqulu Fəraqi

1

Haqq səni sərvər yaratdı, padişahım, ya rəsul, Ənbiya sər dəftəri, nuri-ilahım, ya rəsul, Zülməti tutdu cahanı tüstü-ahım, ya rəsul, Baş qoyub yatsam qapında, qibləgahım, ya rəsul, Sən eşitgil naleyü fəryadi-ahım, ya rəsul.

Hammıdan əla yaratdı əsli nuri-pakını, Qəddinə qıldın münasib xilqəti-lövlakını, Ol mübarək əllərində həm əsayu məsvakını, Ümmətim deyib söylə biz asiyu bibakını, İki aləm içrə sən puşti-pənahım, ya rəsul.

Dedilər sultani-aləm adına asdaq ola, Möcizinin birisin göstərəli ol şəkk ilə, Ərş üstünə çıxıb raz söyləşərsən həqq ilə, Ay, buluddan kim işarət eylədin barmaq ilə, Künbədi-həzraya çıxmışdır güvahım, ya rəsul.

Vəz-zühadır üzlərin hər birinə mahi-leyl, Süreyi-iqra sənə müjdə gətirdi Cəbrayıl, Xədicənin tapması imana gətirdi meyl, Fəxri-aləm sənsən u özgə nəbilər bir zeyl, Xətm edib ərvahına qıldım duaım, ya rəsul.

Ya rəsulüllah deyib, sonra gedər oldu Buraq Leylətül-merac gecəsi tanrı yetirdi çıraq, Yeddi asman işığın açdı məlaik bisoraq, Dörd don gəldi sənə, yaşıl, qızıl, həm sarı, ağ Birisin sevib aldın, şol oldu razın, ya rəsul.

Yad edər, Məxdumqulu, dövranda mən qallacını Şəfqətindən naümid etmə məni-möhtacını, Xidmətində seyr edərlər leylətül-meracını, Ol xuda sevdiyindən qoydu başına tacını, Xətm edib ərvahına qıldım duaım, ya rəsul.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.