Ya rəb
Saqi ilə qurtulmadım mən bu bəladan, ya rəb, Çıxa bilmən cəhd edib, ücbi-riyadan, ya rəb.
Taleyim etdi tülu, andım anı əxtəri-bəd, Sən iraq et məni bu bəxti-siyahdan, ya rəb.
Yövmi-təşəhhüd deyər hal mənə, bir şahid eyn, Qurtulurmu qəhbə can böylə güvadan, ya rəb.
Tən ibadətdə iləl, həm devi, şeytandır bəğəl, Yad edib, əmri-əzəl hökmi-həyadan, ya rəb.
Dərgahına, ey kirdgar, qılsam ibadət yox qərar, Edənimə yox ixtiyar sövmi-səladan, ya rəb.
Mən istərəm səndən səni, sən et iraq məndən məni, Hacət rəva qıl, ya qəni, məni-mübtəladan, ya rəb.
Məxdumqulunu hər zaman basdı bəla, açdı zəban, Eyləməsin hər möminan məhrum duadan, ya rəb.