Əsas məzmuna keç

Qoşma

Ya əhməd şah

Məxdumqulu Fəraqi

1

Ya Əhməd şah, yerdə yayılıb şanın, Adın asman gedər ərşi-əlayə. Gələn nökərindir, gəlməyən ovun, Böyüklük ziyasın qıl payə-payə.

İrana qılınc vur, yerit sipahi, Başında bərk olsun dövlət küllahı, Hümayun dağında şirlərin şahı, Sanki bir nəhəngsən mövci-dəryayə.

Meşələrin ov ovlayan şirisən, Rumistan pələngi, devin birisən, Zal oğlunun almaz peykan tirisən, Güştasp oğlu kimi bəlli bəlayə.

Yerin İran olsa, yurdun Turandır, Dost işinə xoşbəxt, düşmən heyrandır, İqbalın açılar, işin dövrandır, Mərhəmət nəzərin salsan bir cayə.

Fəraqi der, rəvac verərsən dini, Şahların şahları, islamın zeyni, Əmrinə müti qıl İran zəmini, Ruzi-şəb niyazım budur xudayə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.