Əsas məzmuna keç

Qoşma

Xurşid

Aşıq Ələsgər

1

Camalın şöləsi nuri-təcəlla, Çıraqban eyləyib mahalı, Xurşid! Açıldı niqabın ay qabağından, Aldı başdan ağlı, kamalı, Xurşid!

Sərv kimi sığal verib anası, Guşunda güşvara, qızıl tanası. Bağçalar bülbülü, göllər sonası, Dağların ceyranı, maralı Xurşid!

Sağdışı Mələkdi, var toy-büsatı, Anası Nazənin, Həmzədi zatı. Ələsgərəm, bu cür qızın qıymatı Min tümən başlıqdı, bahalı Xurşid!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.