Xunlar tökərlər gözündən
Dərdlilər dərdini görsə, utanarlar özündən, Təbib əhli çarə tapmaz, xunlar tökərlər gözündən.
Görsə aşiqlər bu odu, unudar öz atəşin, Çıxar dağü daşlar üzrə, Məcnunu tapmaz düzündən.
Bir tarına yarimin əhli müsəlman dustağı, Kafirlər istər ədalət, zarla yürürlər izindən.
Eşitsə Nəvai, Nizami, Firdövsi qılan zarim, Tərki-dünya eyləyib, hamısı keçər sözündən.
Gecələr nalə çəkib, gündüz ümidim yox mənim, Doymayır bu ac gözlərim baxıb yarin üzündən.
Fəraqi, sən səbr edib unut qışının fəslini, Gər unutsan bu günü, fayda görməzsən güzündən.