Əsas məzmuna keç

Heca şeiri

Xudafərin

Zəlimxan Yaqub

1

Qəlbi sınıq gördüm Xudafərini, Bağrı yanıq gördüm Xudafərini, Gözü qıpıq gördüm Xudafərini, Tarixdən aldığı zərbələrə bax, Alnı çapıq gördüm Xudafərini.

Boyun bükən gördüm Xudafərini, Dizə çökən gördüm Xudafərini, Ciyər sökən gördüm Xudafərini, Araz göz yaşıdı, sulanıb gedir, Qan-yaş tökən gördüm Xudafərini.

Xeyli var, sevinclə aram sərindi, Xeyli var, sağalmır, yaram dərindi. Keçdi iki yüzü illərin sayı, Fürsət düşmənindi, meydan sənindi. Yaxşı bax içimə, ay Vətən oğlu, Yaxşı bax köçümə, ay Vətən oğlu, Zəlimxan özü də xaraba qalmış, Tağları sökülmüş Xudafərindi.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.