Xoşbəxtəm
Bu gecə dünyanın ən xoşbəxtiyəm, Bulaq bir yanımda, çay bir yanımda. Təbiət nazımla oynayır mənim, Ulduz bir yanımda, ay bir yanımda.
Həyat hər insana bir həvəs verir, Od ürək, od baxış, od nəfəs verir. Dinirəm, səsimə çöllər səs verir, Sükut bir yanımda, hay bir yanımda.
Dağlar nə möhtəşəm, nə vüqarlıdır, Zəlimxan, kainat necə varlıdır. Ətək çiçəklidir, zirvə qarlıdır, Qış bir yanımdadı, yay bir yanımda.