Əsas məzmuna keç

Heca şeiri

Xoşbəxt eylə

Zəlimxan Yaqub

2

Bir səfərdi çıxmışam, Yol, məni xoşbəxt eylə! Uğur söylə ürəkdən, El, məni xoşbəxt eylə!

Azdı hələ barım, az, Zirvəm təzə, qarım az. Yaratmayan – yarımaz, Əl, məni xoşbəxt eylə!

Nə göyərər, nə bitər, Susmaq ölümdən betər, Bəmdə çaldığın yetər, Zil, məni xoşbəxt eylə!

Sən çiçək, mən ac arı, Sənsiz kim nə bacarı?! Xəzinələr açarı, Dil, məni xoşbəxt eylə!

Çeşmə – ilham, çay – ilham, Ən müqəddəs pay – ilham. De, hardasan, ay ilham, Gəl, məni xoşbəxt eylə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.