Əsas məzmuna keç

Qoşma

Xoş gəldin

Aşıq Ələsgər

1

Tərlan tamaşalı, maral baxışlı, Qədəm qoyub, asta-asta, xoş gəldin! Yolun sadağası can ilə başdı, Qurban sənin kimi dosta, xoş gəldin!

Biz ki ilqar keçirmişik aradan, "Amin" desən, tez düzəldər yaradan. Könlüm yasdan çıxdı, qəlbim qaradan, Gülə-gülə bu həvəsdə, xoş gəldin!

Gözəllər sultanı, ay mələkzada, Özün kimi gözəl yoxdu dünyada. Sən ki Ələsgəri salıbsan yada, O səbəbdən gözüm üstə, xoş gəldin!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.