Əsas məzmuna keç

Qoşma

Xəzan vaxtıdır

Zəlimxan Yaqub

1

Bir qocanın duruşuna baxıram, Kirpik enib, gözdə xəzan vaxtıdır. Qan çəkilib, yanaq solub-saralıb, Üz qırışıb, üzdə xəzan vaxtıdır.

Yolu tutan nə boranmış, nə qarmış, Bahar ömrü yaşamağa nə varmış. Otuz yaş da, əlli yaş da baharmış, Doxsan keçdi, yüzdə xəzan vaxtıdır.

Göz dolanda yaşına döz taleyin, Baş dəyəndə daşına döz taleyin. Ağır gələn qışına döz taleyin, Gözlə, baba, gözlə, xəzan vaxtıdır.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.