Əsas məzmuna keç

Heca şeiri

Xeyri nədir?

Zəlimxan Yaqub

1

Ətəyində çiçək dərib Zirvəsinə vurulmasan, Sularından içən zaman Çeşmə kimi durulmasan, Enişində asta enib, Yoxuşunda yorulmasan, Nə bilərsən bu dağların Nəğməsi nə, şeiri nədir?

Qayaların sinəsində Şimşəklərin möhrünə bax. Gündə yeddi rəngə düşən, Buludların sehrinə bax. Şah palıdın torpaq ilə Ülfətinə, mehrinə bax. Ürək duyar, ilham bilər, Təbiətin seyri nədir!

Bağlamasan öz könlünü, Ən müqəddəs diləklərə. İşıq olub, nura dönüb Süzülməsən ürəklərə, Ötən ömrü, keçən günü Yem eləsən küləklərə, Min il yaşa bu dünyada, Dünya üçün xeyri nədir?!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.