Əsas məzmuna keç

Heca şeiri

Xeyir-dua ver, ana!

Zəlimxan Yaqub

1

Uzun yola çıxmışam, yol uzaqdan uzaqdı, Yer var, bürkü, istilik, yer var, şaxta, sazaqdı, Xeyir-dua ver, ana!

Acı qatan olmasın iştahama, aşıma, Yandır üzərliyini, duzu çevir başıma. Bir xətər toxunmasın zehnimə, yaddaşıma, Xeyir-dua ver, ana!

Başın çəkib, bilirsən karvan nədi, köç nədi, Bu karvanda, bu köçdə savab nədi, suç nədi, Xeyir-duası yoxsa, keçən ömür heç nədi. Başı bəlalar çəkən bütün oğullar üçün, Qəriblərə yar üçün xeyir-dua ver, ana!

Dünyanın gözyaşıdı dizəcən batdığın su, Məni kövrək böyüdüb göz yaşı qatdığın su. Ruhumuzu qorusun arxamca atdığın su, Dünyanın bu başından özün yola sal məni. Dünyanın o başıdı mən getdiyim yer, ana, Xeyir-dua ver, ana! Xeyir-dua ver, ana!

2000, 8 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.