Xeyir-dua ver
Yer oğlunu fələklərə qaldırar, Bir az insaf, bir az iman, bir az din. Ürəkləri damar-damar sındırar, Bir az nifrət, bir az qəzəb, bir az kin.
İşıqlanmaz nə sarayı, nə damı, Olmaz ömrün nə ləzzəti, nə tamı. Allahından ayrı salar adamı, Bir az iblis, bir az şeytan, bir az cin.
Sözlərindən sözümüzə ziya ver, Xəmrəmizə halallıqdan maya ver. Qorqud Dədəm, bizə xeyir-dua ver, Bir az danış, bir az söylə, bir az din.
Bayburt, 2009, iyul