Əsas məzmuna keç

Heca şeiri

Xəlvət

Zəlimxan Yaqub

2

Ulu Tanrım, nə gözəldi doğma yuva, Xəlvət seçib bir qırağa çəkilmişəm.

Bir guşədə çıraq yanır, şam əriyir, Ərimişəm, şam-çırağa çəkilmişəm.

Ən vəfalı iki dostum, sirdaşım var, Bir qələmə, bir varağa çəkilmişəm.

Söhbətimin ləzzətini dadan bilər, Elə bil ki, balam, yağa çəkilmişəm.

Yağı düşmən elə bilir mən ölmüşəm, Kəfənlənib bezə, ağa çəkilmişəm.

Füzulitək dərd əlindən dağa çıxıb, Qəlbimdəki göy yaylağa çəkilmişəm.

2007, 22 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.