Əsas məzmuna keç

Qoşma

Xəcalət çəkir

Zəlimxan Yaqub

1

Bir qoca yaşıma həsəd apardı, “Əlimə keçəydi otuz yaş”, – dedi. “Yüksək əməllərdən saray qurardım, Qoyardım daş üstə hər gün daş”, – dedi.

İllərin yanında əl boş, üz qara, Keçmişin üstündən qara xətt çəkir. Baxıram dünəni uduzub qoca, Sabahın önündə xəcalət çəkir!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.