Xəbərin varmı
Ala gözlü, nazlı dilbər, Elindən xəbərin varmı? Dörd bir yanın bağça, söyüd, Gülündən xəbərin varmı?
O zaman ki, gəldim sizə, Mayil oldum ala gözə. Zibilin çıxıbdı dizə, Külündən xəbərin varmı?
O vədə ki, gəlin oldun, Qabırğası qalın oldun, Qaynanana zalım oldun, Dilindən xəbərin varmı?
Daha düşübsən hənəkdən, Suyun qurtarıb sənəkdən, Məmən çıxıbdı köynəkdən, Tulundan xəbərin varmı?
Ələsgərlə çəkmə dava, Ariflər baxsın hesaba: Cehizindi qırıq tava, Malından xəbərin varmı?