Əsas məzmuna keç

Heca şeiri

Xəbərim yox özümdən

Zəlimxan Yaqub

1

Bu rəssam təbiətin rənglər dünyasındayam, Vurulmuşam torpağın yaşılına, alına. Öpüş alıb güllərin şeh çilənmiş üzündən, Dönmüşəm pətəyinə, çevrilmişəm balına.

Düşünən yaradası, yoğuran yapasıdı, Burda vaxt itirən kəs gözəllik tapasıdı. Oğlanlar dəstə-dəstə, qızlar gül topasıdı, Hər çiçəkdən zər qonub yanaqların xalına.

Xəbərim yox özümdən, ruhumdan, yaddaşımdan, Nə canımdan xəbər var, nə çatılan qaşımdan. Ağıllılar gülməsin, ağlım çıxıb başımdan, Gəlin indi siz baxın Zəlimxanın halına!

2004, 4 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.