Əsas məzmuna keç

Gəraylı

Xəbərim olmadı

Zəlimxan Yaqub

1

Vuran məni elə vurdu, Daşdan xəbərim olmadı. Ayaq elə dolaşdı ki, Başdan xəbərim olmadı.

Körpəlikmiş keçib gedən, Cavanlıqmış köçüb gedən. Budağımdan uçub gedən Quşdan xəbərim olmadı.

İtdi səsim, batdı ünüm, Yoxluğadı səmtim, yönüm. Elə keçdi ömrüm-günüm Yaşdan xəbərim olmadı.

Göy sağıldı, bulud sağdı, Dərə-təpə gördüm ağdı. Qar başıma nə vaxt yağdı, Qışdan xəbərim olmadı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.