Əsas məzmuna keç

Qoşma

Xatırlayarsan

Zəlimxan Yaqub

1

Unut mənim kimi unudulmazı, Dağlara baxanda xatırlayarsan. Məni bu intizar, səni bu həsrət, Yandırıb-yaxanda xatırlayarsan.

Taparsan təzədən itən ömrümü, Səninlə böldüyüm o tən ömrümü. Keçən günlərimi, ötən ömrümü, Buludlar axanda xatırlayarsan.

Yağdır başım üstə, yağdır arını, Poz mənim ömrümün naxışlarını. Şairin qəzəbli baxışlarını, Şimşəklər çaxanda xatırlayarsan.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.