Əsas məzmuna keç

Sərbəst şeir

Xatirəyə dönəcəksən

Zəlimxan Yaqub

2

Xatirəyə dönmək üçün ölmək hələ bəs eyləmir. Xatirəsiz keçən ömür Dodaqlarda sözə dönmür, qulaqlarda səs eyləmir. Dilsizin dilinə dönüb, Əlsizin əlinə dönüb, yolsuzun yoluna dönüb Baxışlarda köz oldunsa, Torpaq kimi sadələşib Ayaqlarda toz oldunsa, xatirəyə dönəcəksən! Ürəyində kibritdən yox, haqdan yanan çıraq varsa, Qonaqsansa el-obaya, evinizdə qonaq varsa, xatirəyə dönəcəksən! Ruhun düzdə geniş süfrə, Yaşıl dağlar sinəsində Göy alaçıq olan günü xatirəyə dönəcəksən! Qapın açıq, qəlbin açıq, Alnın açıq olan günü xatirəyə dönəcəksən! Xatirəyə dönmək üçün ölmək hələ bəs eyləmir. Xatirəyə dönən kişi İçini özünə zindan, özgəyə məhbəs eyləmir. İçində dünya gəzdirir, qəlbində dərya gəzdirir. İçindəki divarı yıx, qəlbindəki məhbəsi qır, Haqqa tapın, haqqı çağır, xatirəyə dönəcəksən! Xatirəyə dönəcəksən!

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.