Xatirə
Yenə yadıma düşdü, o sərin yaz axşamı, Eşqimin, həyatımın unudulmaz axşamı. Səninlə gəzdiyim gün Baharıydı ömrümün.
Titrədikcə dodaqlar gül ətri qoxuyurdu, Bütün varlıq, təbiət hey bizdən oxuyurdu. Açılırdı çiçəklər, Sevinirdi ürəklər. Ulduzlar saçaq-saçaq hey yandıqca yanırdı, Dünya sevincimizin başına dolanırdı.
1972, 30 yanvar