Əsas məzmuna keç

Qoşma

Xarab eylər

Məxdumqulu Fəraqi

1

Mömin olan münkir olmaz sözümə, Cabbar bu cahanı, gör, xarab eylər, Çox nərsələr gələr-keçər gözümə, Bu dünyanı bəd-bəd kar xarab eylər.

İşi rəvaç tapar bəd iş tutanın, Diləyi tuş gəlməz haq deb yatanın, Yer üzündə olar güc-güc yetənin, Cahanı zülümlə zor xarab eylər.

Alimlər irfana, elmə yad olar, Yox işlər yol olar, var iş bəd olar, Şəriət nist olar, bəd iş səd olar, Ölkəni bir neçə tövr xarab eylər.

Bəlxi zülüm dərdi, Nişapuru daş, Əmman şəhrin dərya, Bəsrəni atəş, Mədinəni aclıq, Məkkəni həbəş, Herat, Qəndaharı mar xarab eylər.

Rum şəhrin eyləyər ildırım xarab, Yəməni hülac yıxar, Mosulu əqrəb, Kufəni türk pozar, Bağdad şəhrin ab, Reyi də dəlinib, yer xarab eylər.

Sözümə qulaq ver, aqil, həmişə, Termizə taun düşər, rənç şəhri-Kişə, Övladi-Süfyanda adı Gümişə, İsfahanı sahibkar xarab eylər.

Səmərqəndi qıbti ağlar, bəy basar, Buxaranı nan qıtlığı, türk basar, Səraxsı mərg pozar, Mərvi qum basar, Şirazı türk, çayan, mur xarab eylər.

Kaşğarı, Xotəni kafir hind əyər, Çinə asimandan əqrəblər yağar,

Hər əqrəb dəvə tək bir-birnə dəyər, Hindistanı vəba, zar xarab eylər.

Ədən şahı etcək Lahora əzmi, Dönüb yurdun tapmaz, dağmı, ya düzmü, Abi-Ceyhun xarab eylər Xarəzmi, Dışında hər mülk ki var, xarab eylər.

Darqana şəhrinə göydən səs gələr, Ol bir yavuz səsdir, eşidən ölər, Bulğarın şəhrini ol urus alar, Urusu Dəccalla nar xarab eylər.

Məxdumqulu, hər kim dinləsə candan, Bu işlər ön gələr axır zamandan, Mehdi yerdən çıxar, İsa asmandan, Dəccalı ol iki ər xarab eylər.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.