Əsas məzmuna keç

Qoşma

Vurğunum

Zəlimxan Yaqub

1

Şeirimizə səhər vaxtı, dan yeri, Gözümüzə çıraq olub Vurğunum. Dəniz ömrü damla-damla paylanıb, Hər sinədə bulaq olub Vurğunum.

Söhbət şirin, ülfət şirin, dəm şirin, Telli sazda zil gözəldi, bəm şirin. Söhbətini eşidəndə Şəmşirin, Dəlidağda bir dağ olub Vurğunum.

Ellər deyib, süfrəsini bol açıb, Ürəklərə səxavətdən yol açıb. Hər köpəyə ata kimi qol açıb, Hər anaya uşaq olub Vurğunum.

Pirə dönüb ömrün oğlan yaşında, Loğmanıydı torpağın da, daşın da. Elə yanıb hər kəlmənin başında, Ən müqəddəs ocaq olub Vurğunum!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.