Vəzifə
Çaqqalların vəzifəsi gecə-gündüz ulamaqdı, Tülkülərin vəzifəsi quyruğunu bulamaqdı. İlanların vəzifəsi ölə-ölə sürünməkdi, Qartalların vəzifəsi zirvələrdə görünməkdi. Bülbüllərin vəzifəsi cəh-cəh vurub oxumaqdı, Arıların vəzifəsi baldan şanı toxumaqdı. Şeytanların vəzifəsi ona-buna şər atmaqdı, İnsanların vəzifəsi yaşatmaqdı, yaratmaqdı. Əlli yaşa yetişməmiş nələr gördü, gözüm nələr, İnsanların arasında tez-tez çaşbaş salınsa da, Heyvanların arasında çaşbaş düşmür vəzifələr!