Vətənə doğru
Ey vətənə din-imanım deyənlər, İnsaf, iman, din vətənə doğrudur. Üşüyürdüm dünən doğan günəşdən, Bu gün doğan gün vətənə doğrudur.
Vaxtı saymaq çox ağırdı, çox çətin, Qədrini bil yurd adlanan qismətin. Caynağından çıxa bilsək həsrətin, Hara dönsən, dön, Vətənə doğrudur.
Doğmalıqda nə güc varsa bil daha, Yaxşı sarıl eşq adlanan silaha. Ay Zəlimxan, minnətdar ol Allaha, Bu gün doğan gün Vətənə doğrudur.
2011, 21 may Almaniya, Hannover