Əsas məzmuna keç

Heca şeiri

Vətən yaxşıdı

Zəlimxan Yaqub

1

Xəstə göndərməyin qürbət ellərə, Xəstəni əcəl yox, qürbət öldürür. Vətənlə qürbətin arasındakı, Ayrılıq öldürür, həsrət öldürür.

Öz kökü üstündə qalxan, ucalan, Öz kökü üstündə bitən yaxşıdı. Elə gəzməyə də Vətən torpağı, Elə ölməyə də Vətən yaxşıdı.

2004, 18 fevral Kislovodsk

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.